Paytaxtın Yasamal rayonunda mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun mərkəzi küçələrində, məhəllədaxili yollarında, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin digər infrastruktur sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılıb.
Rayon icra hakimiyyətindən AZəRTAC-a verilən məlumata görə, son illərdə 50-dən çox ünvanda əsaslı yenidənqurma işləri aparılaraq nümunəvi məhəllələr yaradılıb. Bununla rayonun ekoloji mühiti sağlamlaşdırılıb, on minlərlə rayon sakininin, xüsusilə azyaşlı və ahılların istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait təmin olunub.
IDEA ictimai Birliyinin təsisçisi və sədri, Heydər əliyev Fondunun vitse-prezidenti Leyla əliyevanın “Abad həyət – sağlam həyat” layihəsinə qoşularaq rayonda üç ünvanda nümunəvi məhəllələrin yaradılması planlaşdırılıb.
Yasamal rayon icra hakimiyyəti, rayon bələdiyyəsi, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri“ ictimai Birliyinin rayon təşkilatının iştirakı ilə Yeni Yasamal yaşayış massivi-1, 3 və 4 nömrəli, əsəd əhmədov küçəsi, 203 və 205 a nömrəli yaşayış evlərinin ətrafında “Abad həyət” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri yekunlaşaraq sakinlərin istifadəsinə verilib.
Həyətlərdə özbaşına zəbt edilmiş, ərazilərdə müxtəlif təyinatlı qanunsuz tikililər sökülüb, ərazilər hasar və çəpərlərdən azad edilib, təmizlik işləri aparılıb, qurumuş və küləkli havalarda təhlükə yarada bilən ağaclar budanıb və kəsilib. Həmin massivlərdə uşaq əyləncə meydançaları, oturacaqlar, işıq dirəkləri quraşdırılıb, məhəllədaxili yollara bordür, keramik plitə, aqlay döşənib, həmin küçə və ərazilərdə ağaclar, kollar və güllər əkilib, qazon salınıb. Sakinlər Yeni il ərəfəsində abad həyətlərin istifadəyə verilməsini sevinclə qarşılayıblar/
https://azertag.az/xeber/1122300